“Övladımın 10 milyonuncu sakin olmasını xəbərlərdən eşitdim” - Körpənin atası
Xəbər verdiyimiz kimi, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
Məsələ ilə bağlı Unikal.org-a körpənin atası Rauf Həsənov danışıb. O bildirib ki, bir il bundan əvvəl Ocaqova Nigar Çərkəz qızı ilə ailə həyatı qurub.
O, əlavə edib ki, körpəsinin Azərbaycanın 10 milyonuncu sakini olmasını xəbərlərdən eşidib: “Özüm polis serjantıyam. Xidmət başındayam. Dostlarım mənə xəbərləri göndərdilər. Oxudum sevincimin həddi-hüdudu yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və bizi təbrik etdilər. Bu bizim ailə üçün ən böyük hədiyyə oldu. Mən də öz və ailəm adından ölkə başçısını, Mehriban xanımı təbrik edir, onlara can sağlığı arzulayıram. Azərbaycan xalqını da təbrik edirik”.
Rauf Həsənov övladına sabah ad veriləcəyini də deyib:
“Sabah valideyinlərimin yanına gedəcəyik. Onlarla məsləhət edəcəyik. Onlar hansı adı rəva bilsələr, onu da körpəmizə qoyacağıq”.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...