Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazandılar - Fotolar
Çexiyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokuna yekun vurulub.
Beynəlxalq yarışın son günündə millimiz aktivinə daha bir medal yazdırıb. 57 kq çəki dərəcəsində yarışan Aytac Qardaşxanlı yalnız bir görüşdə uduzaraq bürünc medala sahib olub. Beləliklə cüdoçularımız Avropa kuboku yarışında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
İlk yarış günündə İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) isə bürünc medala sahib olub. Yeniyetmə cüdoçularımız Çexiyanın Teplitse şəhərində keçirilən Avropa kuboku yarışının komanda hesabında medalların həm əyarı, həm də sayına görə 1-ci yeri tutublar.
Millimizin baş məşqçisi Ramiz Ramizzadəyə yarışın baş kuboku təqdim olunub.
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...