Xəzəri bu istirahət mərkəzləri çirkləndirir
Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib. Bunu açıqlamasında ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib.
O, Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin də adlarını sadalayıb.
“Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur. Bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular, ümumiyyətlə mövcud deyil. Yaxşı olardı ki, belə müəssisələr müasir tələblərə cavab verən təmizləyici qurğular quraşdıraraq Xəzər dənizinin çirklənməsinin qarşısını alsınlar və həm də təmizlənmiş suyu texniki məqsədlər üçün təkrar istifadəyə yönəldərək suya qənaət edilməsində nümunə göstərsinlər.
Monitorinqlərin nəticələrinə əsasən ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcəkdir”, - deyə Ə. Həsənov qeyd edib.(qafqazinfo)
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...