İlham Əliyevin 1 illik fəaliyyəti qiymətləndirildi - Sorğunun nəticələri  

13:57 09-04-2019 | icon 2428
İlham Əliyevin 1 illik fəaliyyəti qiymətləndirildi - Sorğunun nəticələri
 

Prezident İlham Əliyevin 1 illik prezidentlik müddətini qiymətləndirmək məqsədilə Fransanın "OpinionWay" şirkəti 2019-cu ilin fevral-mart aylarında ölkə ərazisində 2000 respondent arasında ictimai rəy sorğusu keçirib.

Şirkətinin rəhbəri Bruno Jeanbert mətbuat konfransında sorğu nəticələrini açıqlayıb. Bildirib ki, çoxmərhələli şəkildə təşkil olunmuş sorğu anketler və üz-üzə müsahibə formasında həyata keçirilib. 

"Ölkədə baş verən müsbət dəyişikliklərdən hansılarını ölkə prezidenti İlham Əliyevin uğuru kimi dəyərləndirirsiniz?" sualına cavab verən respondentlər əsas 5 dəyişiklik kimi aşağıdakıları qeyd edib:

 

"Respondentlərin 80.1 faizi ölkədəki stabilliyi, 61.4 faizi idmanın inkişafını, 58.4 faizi ölkənin müdafiə qabiliyyətinin, ordunun güclənməsini, 57.8 faizi əhalinin güzəranının yaxşılaşmasını, əmək haqları, təqaüdlər, müavinətlərin artırılmasını, 52 faizi isə təhsil və səhiyyənin əlçatımlılığını göstərib".

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.

Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.

Şirkət rəhbərinin sözlərinə görə, sorğuda iştirak edən respondentlər həmçinin prezident İlham Əliyevin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməsini qiymətləndirib. Onlardan 49,4 faizi vədlərin çox hissəsinin yerinə yetirildiyini, 26,2 faizi vədlərin hamısının yerinə yetirildiyini, 14,4 faizi ancaq bir hissəsinin yerinə yetirildiyini, 5,8 faizi vədlərin yerinə yetirilmədiyini bildirib. Onların 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyini qeyd edib.

Sorğunun tam nəticələri ilə şirkətin rəsmi saytında məlumat almaq mümkündür.

 

 



Digər xəbərlər

0.24121904373169