Millimizin kapitanı 3-cü dəfə Avropa çempionu oldu

16:57 09-04-2019 | icon 3459
Millimizin kapitanı 3-cü dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə millimizin üzvü Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu olub. O, Buxarestdə keçirilən Avropa çempionatının qızıl medalını qazanıb.

Lakin Həsənov final görüşünü keçirmədən buna nail olub. Səbəb isə finalda onunla qarşılaşmalı olan Əhməd Qazıməhəmmədovun (Rusiya) zədələnməsidir. 

 

Ria Novostinin yaydığı xəbərə görə, həkimlərin qərarı ilə Qazıməhəmmədov həlledici qarşılaşmada olmayacaq. Rusiya Güləş Federasiyasının rəsmi saytı da məlumatı təsdiqləyib. Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeyev də bildirib ki, Qazıməhəmmədov güləşə bilməyəcək.


Digər xəbərlər

0.28122997283936