“Bizi eşit, Prezident!” – “Futbol+”çilərin aksiyasından FOTOLAR

16:27 09-04-2019 | icon 2648
“Bizi eşit, Prezident!” – “Futbol+”çilərin aksiyasından FOTOLAR

KİVDF-nin bir neçə qəzetlə əməkdaşlığı dayandırdığını, bu qəzetlərin içərisində “Futbol+”in də olduğunu xəbər vermişdik.

Qurumun bu qərarından sonra ölkənin ən köklü idman qəzetinin rəhbərliyi ölkə prezidentinə müraciət etmiş, yaxınlarda isə mətbuat konfransı keçirmişdi. Amma bu addımların heç biri nəticə verməyib.

Bu gün isə “Futbol+” kollektivi aksiya keçiriblər. Qəzetin kollektivi əvvəlcə KİVDF-nin, sonra isə Prezident aparatının qarşısına yürüş ediblər. “Futbol+”çilər üzərinə “Bizi eşit, Prezident!”, “KİVDF ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik!” sözləri yazılan plakatlar qaldırıblar.


Digər xəbərlər

0.31383109092712