“Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm” - Hacı Əliyev
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə birinciliyində 65 kq-da çıxış edən sərbəst güləşçimiz ardıcıl olaraq Belarus, Ermənistan, Rusiya, Moldova və Türkiyə güləşçilərinə qalib gələrək titulunu qoruyub.
Yarış başa çatdıqdan sonra Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına qələbə təəssüratlarını bölüşüb:
“Gördüyünüz kimi çox çətin səbətə düşmüşdüm. Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Bununla belə, titulumu qoruya bildim. Yarış mənim üçün ağır keçdi. Növbəti dəfə Avropa çempionu olduğum üçün şadam. Qələbəmi aprel şəhidlərinin ruhuna ithaf edirəm. Düzdür, bu, onları geri qaytarmayacaq. Ancaq ümid edirəm ki, bununla az da olsa, ruhlarını şad etmiş olaram”.
Əliyev yavaş-yavaş formasının zirvəsinə çatdığını bildirib:
“Ancaq dayanmaq olmaz. Daha da artırmaq lazımdır. Çünki bizi çox güclü dünya çempionatı gözləyir. Ona çox yaxşı hazırlaşmalıyıq”.
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...
-
Prezidentin nəvəsindən Qara Qarayevə dəstək - Foto
...
-
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində növbəti oyunlar keçirilib
...
-
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi
...