“Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım” - Cəbrayıl Həsənov

08:55 10-04-2019 | icon 2406
“Bu yarışda yenidən çempion olmağı çox arzulayırdım” - Cəbrayıl Həsənov

2010 və 2011-ci illərdə Avropa çempionu olan Cəbrayıl Həsənov 8 illik fasilədən sonra titul həsrətinə son qoyub.

Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:

 

“Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu”.

Qeyd edək ki, 6-cı dəfə Avropa çempionatının finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur.


Digər xəbərlər

0.3241560459137