Millimiz AÇ-də birincidir
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Ilk iki gündə sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
Qitə birinciliyinə olduqca uğurlu start götürən yığmamız artıq 5 medal qazanıb. Belə ki, Hacı Əliyev (65) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Nurməhəmməd Hacıyevlə (97 kq) Mahir Əmiraslanov (57 kq) isə bürünc mükafata yiyələnib.
Bununla Azərbaycan millisi ilk iki gündən sonra komanda hesabında 1-ci yerdə qərarlaşıb.
Yığmamızın aktivində 100 xal var. Rusiya 95 xalla ikinci, Türkiyə isə 87 xalla üçüncü pillədədi. Sıralamada dördüncü olan Ukrayanın 43 xalı var. İlk "beşliy"i Belarus tamamlayır - 38 xal.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərimiz daha 3 medal qazana bilər. Şərif Şərifov (92 kq) "qızıl", Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) isə "bürünc" uğrunda yarışacaq.
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...