Mehriban Həsənovanın doğum şəhadətnaməsi təqdim olundu - Foto
Aprelin 10-da Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək uşağın doğum haqqında şəhadətnaməsini alıblar.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub.
Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...