Şərif Şərifov Avropa çempionu oldu - Azərbaycan tarixinə düşdü

08:51 11-04-2019 | icon 1514
Şərif Şərifov Avropa çempionu oldu - Azərbaycan tarixinə düşdü

Azərbaycanın sərbəst güləş komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında daha bir qızıl medal qazanıb.

 92 kiloqram çəki dərəcəsində mübarizəyə 1/4 finaldan başlayan Şərif Şərifov Rusiya nümayəndəsini üstələyərək yarımfinala yüksəlib.

Gürcüstan pəhləvanına da öz gücünü göstərən dünya və olimpiya çempionu ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə AÇ-nin finalına adlayıb. Finalda polşalı rəqibinə də heç bir şans tanımayan Şərif ilk dəfə Avropa çempionu olub.

 

Şərifov bununla da böyüklər arasında olimpiya, dünya və Avropa çempionu olan ilk güləşçimiz ünvanını qazanıb.

Xatırladaq ki, dünən Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medal qazanıblar.


Digər xəbərlər

0.30352807044983