İcra başçısı Səpnəkəranda qəbul keçirdi - Foto
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü aprelin 10-da rayonun Səpnəkəran kəndində keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak ediblər. Qəbul zamanı çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırılmış məsələlərin vaxtında həllinə, kənddə yeni müasir tələblərə cavab verən üçmərtəbəli məktəbin tikilib istifadəyə verilməsinə, kəndin mərkəzi yolunun asfaltlanmasına, elektrik xətlərinin kabelləşməsinə, sel sularının daşqına səbəb olduğu ərazilərdə sahilbərkitmə işlərinin görülməsinə, fərdi qaydada qaldırılmış bir çox məsələlərin həllini tapmasına görə minnətdarlıqlarını bildiriblər. Onlar müraciətlərində mədəni quruculuq və digər məsələlərlə bağlı bir sıra yeni təkliflər irəli sürmüş və fərdi xahişlər ediblər.
Səyyar qəbulu yekunlaşdıran İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən sosial layihələrdən, aparılan quruculuq-abadlıq işlərindən geniş bəhs edərək bu işlərin bundan sonra da davam edəcəyini vurğulamış və qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...