“Bu yaz özün bir təbiət yarat!” - Foto

14:11 11-04-2019 | icon 2155
“Bu yaz özün bir təbiət yarat!” - Foto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılması təşkil edilib.

 10 apreldə Lökbatan qəsəbəsində Heydər Parkının qarşısında keçirilmiş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara paylanılmış müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr verilib.

 

Daha sonra aksiya iştirakçılarına 4000 ədəd müxtəlif cinsli ağac tingləri paylanılıb.

Təşkil edilmiş aksiyada paylanılmış ağaclar vətəndaşlar tərəfindən çoxmərtəbəli yaşayış binalarının ətrafında, yaşıllıq zolaqlarında əkilməsi planlaşdırılır.

 


Digər xəbərlər

0.28104400634766