“Elina ilə danışan icra başçısının müavinidir” - Röya
Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. Müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb.
Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır:
“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.
"Qafqazinfo" məsələyə münasibət öyrənmək üçün Xalidə Bayramova ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda intihar hadisəsiylə bağlı istintaq gedir: "Bu səbəbdən geniş danışmaq istəmirəm".
İcra başçısının müavini bildirib ki, istintaqdan sonra lazım gələrsə, bu barədə danışacaq.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...