AVF-də çaxnaşma: Maaşlar verilmir, işçilər ixtisar olunur, rəhbərlik isə...
Başı bəlalı Voleybol federasiyasında gərginlik zirvə həddindədir. Maliyyə böhranı azmış kimi, federasiyada çalışan işçilər də heç bir əsas və səbəb olmadan tam qanunsuz surətdə ixtisara salınır. Bir müddət əvvəl bəzi xəbər saytlarında hakimlərin maaş almaması səbəbindən ölkə çempionatını baykot etmələri haqda məlumatlar da böyük rezonans doğurmuşdu.
Azeripress.az saytına voleybol ictimaiyyətindən daxil olan bilgiyə görə, Avropa və dünya çempionatlarında qızıl medalın olmaması federasiya rəhbərliyini özündən çıxarıb.
Bundan istifadə bəzi qüvvələr isə federasiya prezidentinə təsir edərək illərdir voleybolun inkişafı üçün çalışan şəxsləri işdən çıxartdıraraq özlərinə yaxın, amma idmanın bu növünə uzaq olan adamları işə götürməklə öz yerlərini “bərkidirlər”.
Məlumata görə, idmançıların problemini həll etməyə çalışan birinci vitse-prezident Faiq Qarayevlə də rəhbərlik arasında ciddi mübahisələr olub. F.Qarayev məsələnin böyüməməsi üçün rəhbərliklə danışıqlar aparmaq və maaşların ən azı bir qisminin verilməsini təmin etmək istəsə də, digər rəhbər şəxslər onunla razılaşmayıb. Həmin şəxslər hər vəchdlə Qarayevin federasiya prezidenti ilə görüşünə də mane olmağa çalışır.
Məlumatda bildirilir ki, voleybol camiəsi ölkə başçısı İlham Əliyevə məktub yazaraq hazırkı durumla bağlı yardım istəyəcəklər. Problem həll olunmayacağı təqdirdə AVF-nin tanınmış üzvləri də başqa ölkə adına mübarizə aparmaq üçün qurumu tərk edəcəklər.
Qeyd edək ki, bu yazdıqlarımız federasiyada baş verən neqativ halların çox az bir hissəsidir. Faiq Qarayevə mane olmaq istəyən digər rəhbər şəxslər bizə məlum olsa da, həmin adamların kimliyini və federasiya rəhbərinə hansı təsir gücünə malik olduğlarını isə daha ətraflı araşdırma apardıqdan sonra növbəti yazımızda qeyd edəcəyik.
P.S. Vəziyyət tezliklə düzəlməzsə, proses daha dərinləşəcək və növbəti uğursuzluq zolağına yol açacaq.
Ardı var...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...