Abşeronun icra başçısı sabah toy olacaq evi dağıtdırdı - FOTOLAR
"Abşeronun icra başçısı İradə Gülməmmədova özbaşınalıq edir".
Cebhe.info xəbər verir ki, bu sözləri jurnalist İlkin Pirəli sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, icra başçısı sabah toy keçiriləcək evi uçurulması göstərişini verib:
"Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər.
Təsəvvür edirsiniz də bu nə deməkdir?
Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb.
Ailə 1999-cu ildən həmin evdə yaşayır.
Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində, sənədlər də qaydasındadır. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər də. A kişi, ay qadın, ailə yazıqdı axı...
Ailə çadır istəyib, onu da verməyib, hazırdsa çöldə qalıblar.
Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.
Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!".
Məsələ ilə bağlı İH-nin də mövqeyini dinləməyə hazırıq.(cebhe.info)
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...