Rektor DTX-nin yubiley medalı ilə təltif edilib
Bakı Mühəndislik Universitetinin rektoru, əməkdar elm xadimi, professor Havar Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbərliyi tərəfindən “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib.
Medalı professor Havar Məmmədova DTX-nın rəsmiləri təqdim ediblər. Tədbir zamanı Havar Məmmədovun təhsil sahəsində, milli maraqların qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi sayəsindəki fəaliyyətləri xüsusi olaraq qeyd edilib.
Rektor Havar Məmmədov ona göstərilən diqqət və etimada görə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə öz dərin hörmət və ehtiramını bildirib. O, DTX-nın respublikamızın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı və digər sahələrdə apardığı işlərin cəmiyyətimizdə yüksək qiymətləndirildiyini qeyd edib.
Rektor, həmçinin Dövlət Təhlükəslizlik Xidmətinin 100 illiyi münasibəti ilə xidmətin bütün kollektivini təbrik edərək, onlara məsul və şərəfli işlərində müvəffəqiyyət arzulayıb.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...