AÇ-2019: Eldəniz Əzizli, Taleh Məmmədov və İslam Abbasov yarımfinalda
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib. Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
55 kq
Təsnifat - Eldəniz Əzizli - Sebastyan Kolompar (SRB) 9:0
1/4 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 9:0
1/2 final - Eldəniz Əzizli - Vitaliy Kabaloev (RUS)
63 kq
Təsnifat - Taleh Məmmədov - Donior İslamov (MDA) 8:3
1/4 final - Taleh Məmmədov - Mihay Radu Mihut (ROU) 8:7
1/2 final - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR)
77 kq
Təsnifat - Elvin Mürsəliyev - Roland Şvarts (GER) 0:6
87 kq
Təsnifat - İslam Abbasov - Denis Kudla (GER) *1:1
1/8 final - İslam Abbasov - David Çakvetadze (RUS) 2:1
1/4 final - İslam Abbasov - Maksim Manukyan (ARM) 6:1
1/2 final - İslam Abbasov - Nikolay Stadub (BLR)
130 kq
Təsnifat - Sabah Şəriəti - Stepan David (CZE) 7:1
1/8 final - Sabah Şəriəti - Rza Kayaalp (TUR) 0:5
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...