Su hövzələrində təhlükəsizliklə bağlı müşavirə keçirildi - Fotolar
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib.
Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, İcra Hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, çimərliklər, kənarlarında yerləşən ictimai iaşə obyektlərinin sahibləri, rayonun idarə, müəssisə və aidiyyəti təşkilatların rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq, Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri və yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydalarının vacibliyini vurğulayıb.
Həmçinin şəhərin çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumat verilib, eyni zamanda, FHN-in fəaliyyət istiqamətləri haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilib.
Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov tədbirə yekun vuraraq Qaradağ rayonu ərazisində yerləşən çimərliklərdə mövcud problemlər təhlil olunub, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyi bildirib.
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah da yağış yağacaq
...
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
...