Daha 5 güləşçimiz mübarizəyə başlayır

10:35 13-04-2019 | icon 3052
Daha 5 güləşçimiz mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.

Bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verəcək. Artıq yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.

60 kq-da yarışan Murad Məmmədov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi poşalı David Andrey Ersetiç olacaq.

67 kq çəki dərəcəsində güləşən Kamran Məmmədov 1/8 finalmərhələsində Danimarka idmançısı Fredrik Holmquist Byerrehuusla üz-üzə gələcək.

72 kq-da mübarizəyə təsnifat mərhələsindən start verəcək Ülvi Qənizadə ilk görüşünü Moldovadan Anatoli Popova qarşı keçirəcək.

82 kq-da mübarizə aparan Rafiq Hüseynovun 1/8 finaldakı rəqibi macarıstanlı Peter Naqi olacaq.

Orxan Nuriyev də (97 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. Güləşçimiz bu mərhələdə Artur Şahinyan (Ermənistan) / Pontus Yohan Lund (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.


Digər xəbərlər

0.2629189491272