YAP Salyan rayon təşkilatı GB-nin V konfransı keçirilib

13:23 14-04-2019 | icon 6098
YAP Salyan rayon təşkilatı GB-nin V konfransı keçirilib

Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ilk çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarının əhəmiyyətindən söz açan təşkilat sədri rayonda həyata keçirilən tədbirlər haqqında məlumat verərək, rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb.

YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə uğurlar arzu edən R.Cəbrayılov gəncləri təşəbbüskar olmağa çağırıb.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Gənclər Birliyinin sədri Sahib Nağıyev ötən müddət ərzində gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyə, ölkə başçısının həyata keçirdiyi siyasətə dəstək olmasından bəhs edib.

Tədbirin davamında çıxış edən ”Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıb.

Milli Məclisinin deputatı Şahin İsmayılov, YAP Gənclər Birliyinin və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov və başqa çıxış edənlər də Azərbaycanda gənclərlə bağlı həyata keçirilən fəaliyyətdən bəhs ediblər.

Sonda konfransda təşkilati məsələlərə də baxılıb, YAP Salyan rayon təşkilatının əməkdaşı Fazil Sabir oğlu Məhərrəmov Gənclər Birliyinin sədri seçilib. Konfransda həmçinin şuranın 15 nəfərdən ibarət tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi təsdiqlənib.

 

Digər xəbərlər

0.24063682556152