Jurnalistlərin binası qarşısında 300 ağac əkilib - Fotolar

08:32 15-04-2019 | icon 1793
Jurnalistlərin binası qarşısında 300 ağac əkilib - Fotolar

"Bu yaz özün bir təbiət yarat" şüarı ilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində növbəti aksiya bu gün jurnalistlər üçün inşa edilmiş binanın qarşısında təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən verilən məlumata görə, aksiyada ETSN-in tinglik sahələrində yetişdirilən müxtəlif cinsli 300 meyvə və şam ağacı əkilib.

 

Jurnalistlərlə birgə ağacəkmədə nazirliyin əməkdaşları da iştirak edib.

 

 





Digər xəbərlər

0.28501796722412