Arzu Məmmədov: "Hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır."

09:33 16-04-2019 | icon 3027
Arzu Məmmədov:

İcra başçısının müavini vəzifəsində işləmək elə də asan deyil. Bu ağır, məsuliyyətli işdir. Ancaq bu Naftalan şəhər İcra Hakimiyyətinin başçısının müavini, hazırda şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov üçün elə də problem olmayıb. Çünki o, müxtəlif məsul vəzifələrdə çalışıb. Düzü bəzi çətinliklər də mövcuddur. Məhz elə buna görə də Arzu müəllim ilk növbədə əhalinin problemlərini həll etmək, onların qayğıları ilə məşğul olmagı özünə əsas vəzifə bilib.

Söz düşəndə deyir ki, hər bir dövlət məmuru ilk növbədə ölkə prezidentinin etimadını doğrultmalıdır.

"Mən uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Daim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu gün də özümü dövlət başçısı cənab İlham Əliyevin əsgəri hesab edirəm. Əgər hər bir məmur prezidentin siyasətini doğru yerinə yetirərsə, xalq da onu sevəcək. Ona görə də yerlərdə olan rəhbər işçilər məsuliyyətlərini anlamlıdırlar və hər kəs öz yerində müəyyən mənada prezident İlham Əliyev olmağı bacarmalıdır. Belə olduğu halda xalqla ölkə rəhbərliyi arasında hər zaman isti münasibətlər yaranar. Çünki biz vəzifəyə ona görə təyin edilmişik ki, rəhbərliyin etimadını doğruldaq, xalqa xidmət edək, insanların problemləri ilə məşğul olaq."

Deyirlər vəzifə insanı dəyişir. Onu uzun müddətdir tanıdıgımdan düşünmürəm ki, vəzifə onu dəyişdirsin. Əvvəldən necə olubsa, indi də elədir.

Bu gün heç kim deyə bilməz ki, vəzifə ömürlükdür və mən nə istəyirəmsə, edə bilərəm. Dövlət başçısı cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, vəzifə dövlət qulluqçularına, məmurlara imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçün verilib. Bu gün ona etimad göstərilib bu vəzifəyə layiq görülübsə, deməli üzərinə düşən məsuliyyət də vardır. Sabah ona desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayar. Çünki o, vəzifənin ömürlük olmadığını özünə aşılamıgı bacaran insandır.

Məhz bunun nəticəsidir ki, rayon İcra Hakimiyyətində vətəndaşların rəsmi qəbul günlərindən əlavə, əhalimiz istədikləri vaxt öz problemləri ilə bağlı ona müraciət edə bilərlər. Belə müraciətlər az olmur. Tam səmimiyyətlə demək olar ki, bütün müraciətlər imkan daxilində müsbət həll olunur.

Əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər, səyyar qəbullar keçirilir, onların təklif və qayğıları ətraflı öyrənilib həll edilir. Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, əmək veteranlarının yüksək pensiya ayrılması, hər bir müraciətlərinin sözsüz yerinə yetirilməsi bu qayğının təzahürüdür.

İnsanları narahat edən ən böyük məsələ torpaqlarımızın işğaldan nə zaman azad olunmasıdır. Respublikamızda məskunlaşan məcburi köçkünlərin bütün problemlərini həll etməkdən ötrü mütləq torpaqlarımız işğaldan azad olunmalıdır. Bu gün bütün Naftalan sakinləri də inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe, yeritdiyi müdrik və uzaqgörən siyasət uğurla nəticələnəcək, ata-baba yurdlarımız tezliklə düşmən tapdağından azad ediləcəkdir.


Digər xəbərlər

0.25132584571838