Tələbələr “Xaliq Faiqoğlu”da ixtisasartırma təlimi keçəcəklər

19:43 15-04-2019 | icon 3200
Tələbələr “Xaliq Faiqoğlu”da ixtisasartırma təlimi keçəcəklər

“Xaliq Faiqoğlu” MMC ilə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında tələbələrin təcrübə proqramına cəlb edilməsi məqsədi ilə müqavilə imzalanıb.

Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, razılaşmaya əsasən Mərkəzdə təhsil alan tələbələrin peşə biliklərinin artırılması üçün şirkətimizin istehsalat bazasında – Müasir Təmir Mərkəzində və baş ofisdə təcrübə kursları təşkil ediləcəkdir. Kurslar “Xaliq Faiqoğlu” MMC-nin istisaslı texniki heyəti, eləcə də Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən həyata keçiriləcək.

 

Bu gün şirkətimizin baş ofisində istehsalat təcrübəsinə cəlb edilmiş tələbələrlə görüş keçirilib, onlara qarşıdakı 2 ay müddətində keçəcəkləri təlim-tədris prosesi ilə bağlı təlimatlar verilib.

 



Digər xəbərlər

0.30190801620483