Pele xəstəxanadan evə buraxıldı

08:35 16-04-2019 | icon 2910
Pele xəstəxanadan evə buraxıldı

Braziliyalı əfsanəvi futbolçu Pele 2 apreldə Parisdə vəziyyəti pisləşmiş və orada xəstəxanaya yerləşdirilmişdi.

O, vəziyyəti normallaşdıqdan sonra Braziliyada San-Paulo xəstəxanasına köçürülmüşdü.

Məlumata görə, Pele dünən sidik kanalından əməliyyat edilib və daş götürülüb. Vəziyyəti yaxşılaşan 78 yaşlı sabiq futbolçu bu gün evə buraxılıb.

Qeyd edək ki, Pele son zamanlar böyrək və prostat problemlərindən əziyyət çəkir.


Digər xəbərlər

0.2521059513092