Küveytin səfiri Lənkəranda - Foto

14:55 16-04-2019 | icon 2598
Küveytin səfiri Lənkəranda - Foto

Aprelin 15-də Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Əbdüleziz Əlrumi Lənkərana tanışlıq səfərinə gəlib. 

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilən qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilməklə Azərbaycan-Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir hər iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın və anlaşmanın bundan sonra da dərinləşməsindən ötrü səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. 

 

Həmin gün səfir Lənkəran şəhərinin görməli yerlərinə baxmaq üçün Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq müzeyində, Xalça fabrikində, Hikan Milli parkı ərazisində yerləşən Xanbulan dəryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Müalicə Mərkəzində, “Green East” çəltikçilik təsərrüfatında , “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyalarında olub və şəhərin dənizsahili turizm əraziləri ilə tanış olub.

 


Digər xəbərlər

0.29261302947998