4-cü “Barama İnkubasiya Proqramı” üzrə qalib layihələr bəlli olub - Foto
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin öz ideyalarını biznesə çevirmək və uğurlu karyera qurmaq istəyən gənclər üçün elan etdiyi 4-cü İnkubasiya Proqramının seçimləri başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 13 startapdan yüksək bal toplayan 6-sı proqramda iştirak etmək haqqı qazanıb. Seçimlərdən uğurla keçən komandaların rəhbərləri Fuad Gülməmmədov, Tuncay Hüseynov, İsa Zeynal, Məhəmməd Kekalov,Tural Zəkəryazadə və əcnəbi rezident olan Javier Chau Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə ediblər.
İnkubasiya Proqramına seçim prosesi 2 mərhələdən ibarət olub. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr mərkəz tərəfindən dəyərləndirilib və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə komandalar öz layihələrini biznes plan və təqdimat formasında nümayiş etdiriblər.
Onu da qeyd edək ki, 6 aylıq inkubasiya proqramının sonunda ən uğurlu startapın təklif etdiyi məhsul və ya xidmət korporativ müştəri olaraq Azercel-ə təqdim olunacaq.
İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilib.
Azercell və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək, rezident startapları 6 ay ərzində ödənişsiz ofis məkanı, konsultasiya xidmətləri, təlim proqramları ilə təmin edir, onlara peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...