Bu həftə Akademik Musiqili Teatrda hər gün tamaşa
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində 8 tamaşa
nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 17-də saat 19:00-da "999-
cu gecə" (F. Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri
əsasında), aprelin 19-da saat 19:00-da Toya bir gün qalmış (Ə.Səmədli), aprelin
20-də saat 19:00-da “Amerikalı Kürəkən” (R.Mirişli, M.Haqverdiyev), aprelin 21-
də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) səhnə əsərləri
təqdim olunacaq.
Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq”
(E.Sabitoğlu, Y.Şvarts) musiqili nağıl-tamaşasına baxa biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb.
Belə ki, 18 aprel saat 19:00-da “Silva” (İ.Kalman) əsəri böyüklər üçün, aprelin 19-
da və 21-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası uşaqlar
üçün rus dilində nümayiş olunacaq.
Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları - Xalq
artistlərimiz – Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda
olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.
Həftəni maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan
biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət"
mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...
-
Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası “CinemaPlus”da
...
-
Rəfiqə Axundovanı da itirdik
...
-
Onun həbsxana yaradıcılığı: Mən qərib kinorejissoram - Yılmaz Güney
...