UEFA erməni futbolçunun Bakıya gəlməsində problem görmür
UEFA İngiltərənin “Arsenal” klubunun Avropa Liqasının finalına vəsiqə qazanacağı halda, “topçular”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün viza almağa dəstək olacaq.
Qurum rəsmiləri Ermənistan yığmasının üzvünün Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün Azərbaycana gəlməsində problem görmür. Əgər “Arsenal” finala yüksəlsə, UEFA bunun həlli üçün çalışacaq.
UEFA-dan verilən açıqlamada “bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir” deyə qeyd edilib.
“Arsenal” Avropa Liqasının 1/4 finalın ilk oyununda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund “Borussiya”sı ilə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda keçirilən oyuna gətirilməmişdi. Ötən il isə “Arsenal” 30 yaşlı yarımmüdafiəçini “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyun üçün Azərbaycana gətirməmişdi.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...