Nazir direktorlara tapşırıq verdi - “Hər bir şagirdinizi tanıyın”
Bu gün təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.
Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.
Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...