Nazir direktorlara tapşırıq verdi - “Hər bir şagirdinizi tanıyın”
Bu gün təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.
Həmçinin, bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.
Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...
-
Bakı məktəblərində akademik Zərifə Əliyeva anılıb
...
-
Nöqsan və çatışmazlıqlara görə 18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb
...
-
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey təhsildə böyük uğurlar qazanır
...
-
Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
...
-
Bu məktəblər distant təhsilə keçir
...
-
Ramazan bayramı ilə bağlı məktəblərdə tətil günləri açıqlandı
...
-
Stadionda “sınaq imtahanı” keçiriləcəyi barədə xəbər saxtadır - Açıqlama
...
-
Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı
...
-
İş yerini dəyişmək istəyən müəllimlərin diqqətinə!
...