DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi
Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır.
Bu barədə DİN məlumat yayıb. Nazirliyin məsələ haqda yaydığı xəbərdarlığı təqdim edirik:
“Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.
Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”, "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/)
İnstagram – azerbaycan.din keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan )”.
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...