Musiqili Teatr “Formula 1” yarışmasına hazırdır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da ölkəmizdə 4-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Teatr "Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək.
"Ölkəmizin bu mötəbər idman yarışmasına 4-cü dəfə ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi daha da artırır. Akademik Musiqili Teatr yarış günlərində xüsusi repertuarla çıxış edəcək. Aprel ayının 26-da saat 19:00-da "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 27-də saat 19:00-da "Arşın mal alan” (Ü.Hacıbəyli), 28-də saat 19:00-da isə "O olmasın, bu olsun” (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq. Tamaşaların ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək. Ümumiyyətlə, son illər teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında xoş təəssüratlar oyadır”, - deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
-
Bu gündən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
...
-
“Sizi həm də Vaqif Mustafazadəyə görə sevirəm” - Əfsanəvi müğənni Bakıda - Fotolar
...
-
Afaq Bəşirqızı illər sonra səhnəyə çıxdı - Video
...
-
Kəmaləddin Heydərov ermənilərin oğurladığı mahnısından danışdı - “Onlar kimdir ki, biz onlara baş qoşaq”
...
-
10 yaşlı Nurayın ifası gündəm oldu - Video
...
-
Musiqili Teatrın kollektivi Şəkidə uğurla çıxış edib
...
-
Dilarə Əliyeva “Nazlı-qəmzəli”ni canlandıracaq - Fotolar
...
-
Namiq nostalji meyxanalarına yeni klip çəkdi - Video
...
-
Heydər Əliyev Mərkəzinin parkında caz konserti - Fotolar
...
-
Bu gündən Heydər Əliyev Mərkəzində caz günləri başlayır
...