Yardımlıdan olan müəllim İlham Əliyevə şeir həsr etdi - "Bizim Prezidentimiz"

20:42 21-04-2019 | icon 2802
Yardımlıdan olan müəllim İlham Əliyevə şeir həsr etdi -
Yardımlıda yaşayan 80 yaşlı Sabir Həsənov Azərbaycan Prezidenti İlham Əliyevə şeir həsr edib.
 
1939-cu ildə Yardımlı rayonunda anadan olan Sabir müəllim ixtisasca filoloqdur. O, 1962-ci ildən 2011-ci ilə kimi müəllim və məktəb direktoru kimi fəaliyyət göstərib. Hazırda təqaüddə olan şairin 1966-cı ildən şeirləri çap olunur.
O, " Payız gəcələrində" və " Sevimli qəmli qəmli nəğmə" şeirlər kitabının müəllifidir.
 
 
 
 
Azeripress.az Sabir Həsənovun İlham Əliyevə həsr edilən şeirini təqdim edir:
 
"Bizim Prezidentimiz"
 
Sevimli Prezidentimiz İlham Əliyevin
dördüncü dəfə prezident seçilməsi münasibəti ilə.

Hər gün xalqın içində,
Kənddədir, şəhərdədir.
Xarici ölkələrdə,
Görüşdə, səfərdədir.
Bayrağını dik tutan,
Yenilməz sərkərdədir.
Sərhədləri adlayır
Bizim Prezidentimiz
İnamla addımlayır
Bizim Prezidentimiz

Bütün fikri, amalı
Günəş kimi təmizdir.
Tikmək, qurmaq, yaratmaq,
Arzuları dənizdir
Qocalara oğuldur
Cavanlara əzizdir
Hər bacının-qardaşın
Bizim Prezidentimiz
El obanın sirdaşı
Bizim Prezidentimiz

Baxışların ox kimi
Gələcəyə tuşlayır.
Hər eldə, hər obada,
Xalq onu alqışlayır.
Çobanla bir süfrədə,
Şirin söhbət başlayır.
Sadəliyin simvolu
Bizim Prezidentimiz.
Azərbaycanın oğlu
Bizim Prezidentimiz.

Düşmənlərin önündə
Duruşu dəyanətli.
Bütövdür sal qaya tək,
Görüşü ləyaqətli.
Qanunlar imzalayar,
Əsaslı, ədalətli.
Dərdlilərin dərmanı
Bizim Prezidentimiz
Arzuların loğmanı,
Bizim Prezidentimiz.

Dağlar kimi dayanar,
Mətindir, qürürludur.
Baxışı şəfəq yayar
Günəş kimi nurludur.
Cümlələri müqəddəs,
Kəlmələri dürlüdür.
Bağbandır, əkinçidir,
Bizim Prezidentimiz.
Tarlada biçinçidir,
Bizim Prezidentimiz.

Əsrin damarlarını
Tutan siyasətçidir.
Nitqini yeddi dildə
Yayan siyasətçidir.
Müqəddəs məkanlarda
Böyük ziyarətçidir.
İslam təəssübkeşi,
Əla ilahiyyatçıdır
Məclislərdə ağsaqqal,
Bizim Prezidentimiz.
Kəlmələri şəkər, bal
Bizim Prezidentimiz.

İlləri qabaqlayan
Fikirləri tam, aydın.
Sirlərinə bələddir,
Həyatın, kainatın.
Hörmətlə qarşılayır
Hər kəsin etiqadın.
Hər dinə verər dəyər
Bizim Prezidentimiz.
Allahına baş əyər,
Bizim Prezidentimiz.

Gələcək nəsillərə
Yol göstərən mayakdır
Zəifə, ümidsizə
Arxasıza dayaqdır.
Saf, müqəddəs əlləri,
Haramlıqdan uzaqdır.
Dağıdar hər cür toru
Bizim Prezidentimiz.
Damğalar müftəxoru
Bizim Prezidentimiz.

Satqın müxalifətin,
Başına lap daş salıb.
İşbazların evinə
Şüvən salıb, yas salıb.
Çox kütbaş, ətbaşların,
Ürəyinə pas salıb.
Vədə verməz yalandan
Bizim Prezidentimiz.
Ucadır Savalandan
Bizim Prezidentimiz.

Onun baxışlarında
Səma aydın görünür
Millətçilər, krallar,
Ayağına sürünür.
Baş əyir öz xalqına,
Alqışlara bürünür.
Layiqdir alqışlara,
Bizim Prezidentimiz.
Bənzəyir qartallara
Bizim Prezidentimiz.

Siyasət aləmində
Parlayır ulduz kimi,
Boğur qaranlıqları,
Günəşli gündüz kimi.
Səbrlidir dağ kimi.
Coşqundur dəniz kimi,
Hünərli, dəyanətli
Bizim Prezidentimiz.
Qərarı ədalətli,
Bizim Prezidentimiz.

Bütün siyasi aləm
Ehtiramla baş əyir.
Hamı təbrik eləyir,
Seçkisin tərifləyir.
Üç rəngli bayrağına
Sülhün rəmzi söyləyir
Fikri aydın, dumduru,
Bizim Prezidentimiz.
Boğur qaranlıqları
Bizim Prezidentimiz.

Gedər açılış üçün,
Bilməz dağdır, arandır
Ya bürkülü havadır,
Ya çovğundur, borandır.
Köhnələri uçuran
Yeniləri qurandır.
Meşə salar, yol çəkər
Bizim Prezidentimiz.
Yaxşılıq, saflıq əkər
Bizim Prezidentimiz.

Zavodda top ustası,
Səngərdə əsgər olur.
Qılınc, qalxan düzəldən,
Dəmirçi, misgər olur.
Karxanada daş yonan,
Dəzgahda dülgər olur.
Ər oğlu at belində,
Od kimi hünər olur.
Ürəyində min həvəs
Bizim Prezidentimiz.
Kəlmələri müqəddəs
Bizim Prezidentimiz.

İdman meydanlarında,
Göstərir qüdrətini.
Dövlətinin gücünü,
Şanını, şöhrətini.
Xalqının ad-sanını,
Ulu mədəniyyətini
Bütün dünyaya yayır
Bizim Prezidentimiz.
Neçə saziş bağlayır
Bizim Prezidentimiz.

Gah geoloq, mühəndis,
Aranlıdır, dağlıdır.
Əsrin tikintiləri,
Düşüncəsi, ağlıdır.
Muğamatı qoruyan
Xalqın müdrik oğludur.
Qiymət verir həmişə
Sənətə, sənatkara
Halaldır, şan-şöhrəti
Yayılsın ulduzlara

Alimlər məclisində
Başda oturan alim
Bir müdrik məsləhətçi
Planlar quran alim
Fikrində dəyanətli
Nöqtəyə vuran alim.
Hər ayın hər günüdür,
Bizim Prezidentimiz.
Elin toy-düyünüdür
Bizim Prezidentimiz.

Həyatı xatırladır
Dağların çeşməsini.
“İpək yolu” dəyişib
Dünya xəritəsini.
Dağıdacaq, açacaq
Qarabağ çevrəsini
Düşmən üstə gedəndir
Bizim Prezidentimiz.
Dediyini edəndir
Bizim Prezidentimiz.

Ölkəmiz bir gəmidir,
O, sükançı, kapitan.
İrəliyə aparır
Uğurla, yorulmadan.
Kəndlər şəhərə dönür,
Çöllər olur gülüstan.
İşiylə, əməliylə,
Yazır tarixi dastan.
İnamım, sədaqətim,
Bizim Prezidentimiz.
Sabahım, səadətim,
Bizim Prezidentimiz.

Gedir, gəzir, dolanır,
Əsgər səngərlərində.
Özü də addımlayır,
Əsgər cərgələrində.
Var eşqi, məhəbbəti,
Əsgər ürəklərində.
Özü əsgər atası,
Bizim Prezidentimiz.
Məqsədinə çatası
Bizim Prezidentimiz.

Hər gecəsi, gündüzü
Çeşmə kimi qaynayır.
Siyasət aləmində
Mahir şahmat oynayır.
Başı qarlı dağ kimi,
Önümüzdə dayanır.
Tariximə şöhrətdir,
Bizim Prezidentimiz.
Dəyanətdir, qeyrətdir
Bizim Prezidentimiz.

Kəlməsi top gülləsi
Düşmənlərin başında
Nur bitibdir üzündə,
Bərəkət baxışında.
Xoşbəxtlik simvoludur,
Yazılıb naxışında.
Ürəklərin bəndidir,
Bizim Prezidentimiz.
Ritmidir, ahəngidir,
Bizim Prezidentimiz.

Bir yumruğa bənzəyir,
Bu gün iqtidarımız.
Siyasət dünyamızda,
Fəxri iftixarımız.
Millətlərin önündə
Ali Bayraqdarımız.
Arzu amalımızdır,
Bizim Prezidentimiz.
Bitkin xəyalımızdır,
Bizim Prezidentimiz.

Bu mətin addımlara,
Ellər, uğurlar deyir.
Bu bağlar, bu bağatlar,
Yollar, uğurlar deyir.
Dünyamız təsdiqləyir,
Dillər, uğurlar deyir.
Çiçəklər sığallanır,
Güllər, uğurlar deyir.
Millətimin fəxridir,
Bizim Prezidentimiz.
Sevimli, əbədidir,
Bizim Prezidentimiz.
Bizim Prezidentimiz.
 

Digər xəbərlər

0.26785206794739