Zelenski prezident kimi görəcəyi ilk işi açıqladı
“Exit-poll” nəticələrinə əsasən, Ukraynada prezident seçkilərini qazanan aktyor Vladimir Zelenski qələbəsindən danışıb.
Zelenski qələbəsinin ölkəni birləşdirdiyini deyib:
“Hamıya təşəkkür etmək istəyirəm ki, bu 4 ayı mənimlə oldunuz. Bugünkü nəticələr mənim yox, sizin işlərinizin bəhrəsidir. Biz birlikdə bunu etdik. Ən əsası, biz Ukraynanı, həyatımızı, xalqımızı birləşdirdik”.
Zelenski prezident olduqdan sonra görəcəyi “bir nömrəli iş”in Rusiyada həbs edilən dənizçilərin Ukraynaya qaytarılması olacağını bəyan edib. Bundan başqa, o, prezident administrasiyanın işçilərini ixtisara salacağını deyib.
Zelenski qələbə münasibətilə onu təbrik edən Poroşenkoya təşəkkürünü bildirib. Onun sözlərinə görə, Poroşenko yeni prezidentə istənilən zaman kömək edə biləcəyini bildirib. “Niyə də olmasın. Lazım gəlsə, məsləhət üçün Poroşenkoya müraciət edəcəm”.
Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. “Exit-poll”un nəticələrinə görə, Zelenski 73%-dən çox səs toplayıb.
-
İlham Əliyev Ankarada Heydər Əliyev Parkında - Fotolar
...
-
İlham Əliyev Anıtqəbiri ziyarət edib - Fotolar
...
-
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib
...
-
Prezident Münxen Təhlükəsizlik Konfransının sədri ilə görüşdü
...
-
İlham Əliyev Zelenski ilə görüşdü - Foto
...
-
İlham Əliyev Paşinyanla görüşdü
...
-
Siyasi luzerə cavab
...
-
Əli Əsədovun Baş nazir təyin edilməsinə belə razılıq verilib - Video
...
-
Hökumətin yeni tərkibi təsdiqləndi - Siyahı
...
-
Prezident Əli Əsədovu Baş nazir təyin etdi - Sərəncam
...