“BakuBus” avtobusu faciəvi qəzadan son anda xilas oldu - Video
Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub.
Hadisə “BakuBus” şirkətinə məxsus sərnişin avtobusunun iştirakı ilə Nərimanov rayonu ərazisində, “Gənclik” metrosu yaxınlığında, “Ganjlik Mall”ın qarşısında qeydə alınıb.
Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozub, qəza təhlükəsi yaradıb və tıxaca səbəb olaraq qoşa xətti tapdalayaraq dönüb. Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.
Qeyd edək ki, hadisə aprelin 4-də baş verib. Kobud qayda pozuntusu barədə aprelin 5-də bizə məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinə və “BakuBus” şirkətinə müraciət edilib. Hadisə barədə suallar qurum rəsmilərinə ünvanlanıb. Lakin 17 gün keçməsinə baxmayaraq, məsələyə hələ də rəsmi cavab verilməyib.
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...