“Slaviya”da Nəbiyev “fırtınası” davam edir
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 4-cü turunun oyunları keçirilib.
Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Çeske Budeyevitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 6:0.
Futbolçumuz start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. O, qarşılaşmada dublla yadda qalıb. Nəbiyev 11-ci dəqiqədə matçda hesabı açıb, 54-cü dəqiqədə isə 4-cü qolun müəllifi olub.
Qeyd edək ki, “Slaviya”nın U-21 komandası hazırda 7 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb. Fərid isə 17 qolla çempionatın bombardiridir.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...