Azərbaycan Kubokunda yarımfinal mərhələsi start götürür

09:09 23-04-2019 | icon 2184
Azərbaycan Kubokunda yarımfinal mərhələsi start götürür

Bu gün Azərbaycan Kubokunda ilk yarımfinal oyunları keçiriləcək. Final uğrunda mübarizəyə Qəbələdə start veriləcək. Son finalçı "Qəbələ"  "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi  bu mövsüm Premyer Liqada "qırmızı qaralar"la bütün görüşlərdə qalib gəlib. 

 

Günün digər oyunu isə Sumqayıtda keçirləcək. Bu şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Premyer Liqamızda uğursuz mövsüm keçirən komandalar avrokuboklara vəsiqəni ölkə Kubokundan qazanmağa çalışacaqlar.



Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək. 


23 aprel (çərşənbə axşamı)

16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
Qəbələ. Şəhər stadionu

 

18:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Sumqayıt. “Kapital Bank Arena” stadionu


Digər xəbərlər

0.31271004676819