Fatmayıdakı hoteldə bu dəfə qadını döydülər
Abşeron rayonu, Fatmayı qəsəbəsində yerləşən “Oskar” hotelində 39 yaşlı Jalə Əliyeva döyülüb.
Hadisə dünən axşam baş verib.
Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb. Qadının hansı mətbuat orqanında çalışdığı hələlik bəlli deyil.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin hoteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının “isti izlər”lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı.
-
Maştağanın əsas narkotaciri tutuldu - Video
...
-
DTX metroda terror olacağına dair səs yayan şəxsi saxladı
...
-
Həmin gün “Bravo”da ələ keçirilən pulun məbləği məlum oldu
...
-
Nərimanovda aparatdan 29 min manat oğurlandı - Kameraya düşdü
...
-
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video
...
-
Rəşad Dağlının həbs müddəti uzadıldı
...
-
“Bravo”da silahlı insident, ölən və yaralanan var - Video
...
-
Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi
...
-
Rəşad Dağlı ilə bağlı nə qərar olacaq?
...
-
Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs olundu
...