Azərbaycan kuboku: “Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb - VİDEO

09:33 24-04-2019 | icon 4408
Azərbaycan kuboku: “Qəbələ” qalib gəlib, Sumqayıtda qol vurulmayıb - VİDEO

Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Günə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib.

 

Matçın taleyini bir qol həll edib. 73-cü dəqiqədə fərqlənən Ceyms Adeniyi meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.

Premyer Liqada turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Zirə” və “Sumqayıt” sonuncuların meydanında üz-üzə gəlib. Avrokuboklara vəsiqə üçün bütün ümidləri ölkə kuboku ilə bağlı olan klubların görüşündə qol vurulmayıb.

Qeyd edək ki, cavab oyunları mayın 1-də keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar
23 aprel (çərşənbə axşamı)
“Qəbələ” – “Qarabağ” – 1:0

Qol: Ceyms Adeniyi, 73
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu 
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov 
Qəbələ şəhər stadionu, 16:00

“Sumqayıt” – “Zirə” – 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 18:30

 

Digər xəbərlər

0.25601506233215