Holcim Azərbaycan ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirildi
24 aprel 2019-cu il tarixində Bakı şəhərində Hyatt Regency Mehmanxanasında Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağı keçirilmişdir.
Səhmdarların İllik Ümumi Yığıncağının gündəliyində aşağıdakı məsələlər müzakirə edilmişdir.
- Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının İllik Ümumi Yığıncağının Sədrinin seçilməsi
- Müşahidə Şurasının üzvlüyündə dəyişikliklərin təsdiq edilməsi
- Təftiş Komissiyasında dəyişikliklərin təsdiq edilməsi
- Holcim Azərbaycan Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi
Yığıncaq iştirakçıları gündəlikdəki məsələləri müzakirə edərək müəssisənin illik hesabatını və maliyyə göstəricilərini təsdiq etmişlər, gündəlikdəki məsələlərə dair qərarlar qəbul etmişlər. Dividendlərin verilməsi ilə bağlı müzakirələr aparılmışdır. Holcim Azərbaycan ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağı Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun keçirilmişdir.
Holcim Azərbaycan 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.
-
“Nar”dan voleybol üzrə milli komandalarımıza dəstək
...
-
Bakıda “Maxim” xidmətinin müştəriləri yükdaşıyan işçi ilə birgə yük maşını sifariş edə bilərlər
...
-
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
...
-
“WhatsApp”ın dizaynı dəyişdi
...
-
“Bolt” qiymətləri qaldırdı
...
-
Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO
...
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...