İlham Əliyev Van Yanla görüşdü - Foto
Azərbaycan Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb.
Van Yan Azərbaycan Prezidentinin Çinə səfərinin ikitərəfli əlaqələrimizə töhfə verdiyini bildirib: “Bir kəmər, bir yol” layihəsinin hərtərəfli əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın və Çinin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz birgə səylərlə siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Prezident ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirib. Azərbaycanın Çin dövləti başçısının təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasına xüsusi önəm verilir. İlham Əliyev ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə təşəkkür edib, bunu Azərbaycana olan hörmətin və dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan verəcəyini bildirib.
Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlər müzakirə olunub.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...