Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə tanış olub.
Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasına gəlib. Bağçanın müdiri Ellada Səlimova məktəbəqədər təhsil müəssisəsi barədə birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, bina 1836-cı ildə tikilib. 1957-ci ildən bina bağça kimi fəaliyyətə başlayıb. Burada sonuncu dəfə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilib.
Birinci vitse-prezident Mehriban Əliyeva uşaq bağçası-körpələr evindəki uşaqlarla görüşüb, onlarla söhbət edib, balacaların bacarıqları ilə maraqlanıb, arzularını soruşub. M.Əliyeva yuxarı yaş qrupundakı uşaqların məktəbə hazırlığı ilə də maraqlandı.
Sonra Mehriban Əliyeva Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya gəlib. Gimnaziyanın direktoru Ənvər Mustafayev məlumat verib ki, 1960-cı ildə istifadəyə verilən təhsil ocağı indiyədək heç vaxt əsaslı şəkildə təmir edilməyib.
Daha sonra Mehriban Əliyeva gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində mövcud şəraitlə də tanış olub. Məktəbin direktoru Samirə Həsənova Birinci vitse-prezidentinə məlumat verib ki, təhsil ocağı 1993-cü ildən bu binada fəaliyyət göstərir. Gimnaziyanın ikinci korpusunun 3-cü mərtəbəsində yerləşən məktəbdə əsasən məcburi köçkün ailələrindən olan, həmçinin Xəzər rayonunda yaşayan uşaqlar təhsil alırlar.
Sinif otaqlarına baş çəkən Mehriban Əliyeva şagirdlərlə səmimi söhbət edib, onlarla şəkil çəkdirib.
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovna qəsəbəsindəki körpələr-evi uşaq bağçasında, Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət göstərən 32 saylı Laçın rayon tam orta məktəbində şəraitin yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlarını verib.
-
Qarşılıqlı əlaqələrin gücləndirilməsi dövlətimizin möhkəmləndirilməsinə xidmət edir
...
-
Xoş niyyətli qonşuluq və nümunəvi tərəfdaşlıq
...
-
Ərazi bütövlüyü və suverenliklə bağlı qarşılıqlı dəstək
...
-
Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır
...
-
“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub
...
-
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu - Fotolar
...
-
İlaxır çərşənbənin havası
...
-
Salyanda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
...
-
Nəcib insan, Bacarıqlı rəhbər -Fəzail Mehdiyev haqqında böhtan yazanların nəzərinə
...
-
Azərbaycana yaz gəlir
...