İcra başçısı Sutamurdov kəndində səyyar qəbul keçirib

10:12 26-04-2019 | icon 2856
İcra başçısı Sutamurdov kəndində səyyar qəbul keçirib

Aprelin 24-də Lənkəran rayonunun Sutamurdov kəndində icra başçısı Taleh Qaraşovun səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbulda vətəndaşlar ümumilikdə ölkədə, rayonda və konkret olaraq Sutamurdov kənd inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı görülən işləri, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatını, müasir yolların salınmasını, turizm infrastrukturunun yaradılmasını, yeni istehsal müəssisələrinin tikilib istifadəyə verilməsini, iş yerlərinin açılmasını ölkə Prezidentinin xalqın rifah-halının durmadan yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət kimi minnətdarlıq ifadələri ilə dəyərləndiriblər. Onlar ölkənin ən böyük idman qurğularından biri olan Olimpiya İdman Kompleksinin Sutamurdov kəndində tikilməsindən və dənizsahili tərəfdə yeni layihələrin icrasına başlanılmasından sevinc hissi keçirdiklərini və ərazidə turizmin inkişafı hesabına yeni iş yerlərinin açılmasının onların da maddi-məişət imkanlarının daha da yaxşılaşacağına əminliklərini xüsusi vurğulayıblar. 

İcra başçısı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

 


Digər xəbərlər

0.28353714942932