TƏCİLİ: AZAL şefi Cahangir Əsgərov da vəzifəsini itirdi

11:40 23-02-2017 | icon 16886
TƏCİLİ: AZAL şefi Cahangir Əsgərov da vəzifəsini itirdi

24saat.org saytına daxil olan və hələlik təsdiqlənməyən xəbərə görə, “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru Cahangir Əsgərov tutduğu vəzifəsindən azad olunub.

Məlumatın yaxın dəqiqələrdə hakimiyyətə yaxın saytlarda yayımlanacağı gözlənilir.

Xatırladaq ki, o, 1980-cı ildə Leninqrad Mülki Aviasiya Məktəbini bitirmişdir.

1972-ci ildən Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkassk Birləşmiş Aviadəstəsində ikinci pilot, Bakı şəhəri Zabrat Birləşmiş Aviadəstəsində eskadrilya müdiri, uçuş dəstəsi komandirinin müavini, 1978-ci ildən Yevlax Birləşmiş Aviadəstəsinin komandiri, Hava limanının rəisi, 1981-ci ildən Bakı Birləşmiş Aviadəstəsində ikinci pilot, kapitan, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, 1991-ci ildən Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, 1993-cü ildən Dövlət Konserinin Türkiyədə baş nümayəndəsi vəzifələrində işləmişdir.

1996-cı ildən “Azərbaycan Hava Yolları” QSC-nin baş direktoru və Ağır Atletika Federasiyasının prezidentidir.

Evlidir, 2 övladı var.


Digər xəbərlər

0.28724193572998