Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib - Foto
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Milli Məclisin deputatı Aydın Hüseynov, Elmi-tədqiqat Oftalmologiya İnstitunun Elmi metodik şöbəsinin müdiri Yazgül Abdiyeva, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər. Konfrans Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə Əliyeva 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. O, dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Z.Əliyeva bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olub.
YAP Qaradağ rayon təşkilatının sədri Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
Digər çıxışçılar akademik Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulayıb.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...