Sabah temperatur 26 dərəcəyə çatacaq

13:47 27-04-2019 | icon 3003
Sabah temperatur 26 dərəcəyə çatacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında az buludlu, yağmursuz hava müşahidə ediləcək. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.


Digər xəbərlər

0.25277090072632