Akademik Musiqili Teatrın konsertmeysteri mükafata layiq görülüb
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş “Vera Arte” – Konsertmeyster Ustalığı üzrə I Respublika Müsabiqəsi keçirilib.
Xoreoqrafiya sənəti üçün yüksək ixtisaslı konsertmeysterlərin hazırlanması və üzə çıxarılması məqsədilə təşkil olunan müsabiqədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsertmeysteri Arzu Hüseynova da uğurla iştirak edib və II dərcəli “Diplom”la mükafatlandırılıb.
Qeyd edək ki, Hüseynova Arzu Aruz qızı 2008-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini bitirib. 2012-2016-ci illərdə Baki Musiqi Akademiyasında “İnstrumental ifaçılıq” (fortopiano) ixtisasına yiyələnib, BMA-ni bitirdikdən sonra elə həmin il Bakı Xoreoqrafiya Akademiyasında öz ixtisası üzrə magistraturaya qəbul olunub. 2017-ci ildə Abşeron rayonu Mehdiabad Uşaq Musiqi Məktəbində çalışmağa başlayıb.
Bir çox müsabiqə və festivallarların lauretı olan Arzu Hüseynova ötən ildən Akademik Musiqili Teatrda balet truppasında konsertmeysterlik edir və indiyə qədər müxtəlif tamaşalarda iştirak edib.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...