Əliyev Pekində “Bir kəmər, bir yol” forumunda - Fotolar

10:55 28-04-2019 | icon 2312
Əliyev Pekində “Bir kəmər, bir yol” forumunda - Fotolar

Aprelin 27-də Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.

Prezident  İlham Əliyev Forumda iştirak edib.

Çin Xalq Respublikasının sədri Si Cinpin İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamlayıb. 

Si Cinpin çıxışında artıq ikinci dəfə baş tutan Forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını deyib. O, dünyada yeni əməkdaşlıq formatı yaradan "Bir kəmər, bir yol" təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək Forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirib. 

Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olunub. 

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. 

Prezident İlham Əliyev Forumun "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması" mövzusuna həsr olunan ikinci sessiyasında da iştirak edib. 

Daha sonra dövlət başçısı "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyada iştirak edib. 

Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Si Cinpinə təşəkkür edib. Dövlət başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik etdi. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaradıb. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

Azərbaycan Prezidenti bildirib ki, “Bir, kəmər, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

 






Digər xəbərlər

0.22415113449097