“Dəfələrlə üzr istədik, dəyən zərər ödəniləcək” - Rəhimov “lyuk” olayından danışdı
“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb.
Jurnalistlərlə görüş zamanı Rəhimov bildirib ki, “Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək:
“Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı – lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də “Uilyams” komandasının başına belə bir bəla gəldi.
Lakin bu kimi hallar baş verir və bunu ilk biz yaşamırıq. Oxşar hadisə Monakoda, Çində və Malayziyada da olub, yəni nəinki şəhər, hətta stasionar traslarda da baş verə bilir. Biz dəfələrlə “Uilyams” komandasından üzr istədik. Komandaya dəyən ziyan sığorta hesabına ödəniləcək. Hələlik hansı məbləğdən söhbət getdiyini bilmirik, lakin o, dəqiq ödəniləcək”.
Rəhimov bildirib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanılıb, təşkilatçılar analoji hadisənin təkrar baş verməməsi üçün bütün tədbirləri görüblər:
“Bu olaydan sonra biz hər lyuku dörd dəfə yoxladıq. 100 faizlik təminat, yəqin ki, heç nədə mümkün deyil, lakin biz 99,9 faiz zəmanət veririk. Bir daha belə bir şey baş verməyəcək”.
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...
-
Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna namizəddir - Rəsmi
...
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...